Meşə torpaqların icarə müddəti artırılır - 1 İLDƏN 49 İLƏ

  • By admin
  • 14 Fevral 2017 16:17
MESETORPAQ
Meşə bitkiləri ilə örtülü olmayan və qeyri-meşə  torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçilərinə icarə müqaviləsi əsasında  müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən 49 ilədək  veriləcək.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub. Məcəlləyə dəyişiklik barədə məlumat verən Aqrar siyasət komitəsinin  sədri  Eldar İbrahimov bildirib ki, mövcud  müddəaya əsasən meşə torpaqları icarəçiyə  1 ildən 10 ilədək verilirdi:
“Ancaq təklif edilən dəyişikliyə əsasən icarə müddəti 1 ildən 49 ilədək uzadılır. Bu dəyişiklik sahibkarlığın stimullaşdırılmasına xidmət edir. Sahibkarlar bu müddətdən istifadə edərək, daha yaxşı fəaliyyət göstərəcəklər”.
 Komitə sədri onu bildirib ki, bu dəyişikliyə əsasən heç də meşə torpaqları bütün icarəçilərə 49 il müddətinə verilməyəcək:
“Bu, belə deyil. Ola bilsin ki, müddət məsələsi  torpağı icarəyə verən  müvafiq icra hakimiyyəti orqanı ilə  icarəyə götürən sahibkar arasında razılaşdırılsın. Ola bilsin ki,  bu torpağı icarəyə verən şəxs torpağı 15-25 il müddətinə verə bilər və bu da torpağı icarəyə verənin hüququdur. Bu da mümkündür”.
Məcəlləyə dəyişiklik müzakirlərən sonra   qəbul olundu.
Mürtəza 
Gununsesi.info