Meşədə kişi meyiti tapıldı

  • By Admin2
  • 14 Fevral 2026 12:12

Şabran rayonunda meşədən meyit tapılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hadisə fevralın 12-si saat 20 radələrində Zeyvə kəndi yaxınlığındakı meşə zolağında qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Nəsimi Mahmudovun meyiti həmin ərazidə aşkar edilib.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verdiyi rayon prokurorluğunda araşdırılır. (qafqazinfo)