Meşələri quraqlıq illərində necə qorumaq olar? - QHT 30 işçiyə təlim keçib/FOTOLAR

  • By admin
  • 02 Oktyabr 2022 20:44

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağıllı suvarma sistemi ilə yaşıllığın qorunması” adlı layihəsi çərçivəsində 26 sentyabr-1 oktyabr tarixlərində Qazax, Ağstafa və Tovuz rayonlarında Meşə Təsərrüfatı İdarələrinin 30 nümayəndəsi üçün təlimlər keçib.

Təlimlərdə meşələrdə ağıllı suvarma sisteminin yaradılmasının nəzərəi və praktik aspektləri barədə ətraflı məlumatlar verilib.

Təşkilatdan “AzPolitika.info”ya verilən məlumata görə, 2 hissədən ibarət olan bu təlimin nəzəriyyə hissəsində iştirakçılar bu sahədə bilik və bacarıqlarını artırıb. Praktik hissədə isə Qazax rayon Bala Çaylı kəndində yerləşən 22 ha meşə zolağının quraqlıq olan illərdə yeni tikilmiş günəş panelləri ilə işləyən artezan quyusundan əldə olunan su ilə suvarılması üçün layihə hazırlanıb.

Gununsesi.info