Mesajlarına cavab almadığı üçün ərindən boşandı

  • By admin
  • 20 İyul 2017 08:17

2017-07-11-18-47-44telefon

Tayvanın Sinçju şəhərində məhkəmə ərindən boşanmağa qərar verən qadının tələbini yerinə yetirib.

Məhkəmə iddiasına səbəb qadının messencerdə yazdıqlarına ərinin cavab verməməsi olub. Kişi altı ay müddətində arvadından gələn mesajları oxusa da, ona cavab verməyib. Hətta qadın düşdüyü qəza ilə bağlı müalicəyə başlaması mesajına da dərhal cavab ala bilməyib. Əri tərəfindən yeganə mesaj isə bir neçə həftə sonra gəlib. Kişi qəzadan bir neçə həftə sonra qısa şəkildə itləri və məktubu alması ilə bağlı cavab yazıb.

Qadın eyni zamanda kişinin stabil maaşının olmaması və qohumlarının pis münasibəti ilə bağlı şikayətlənib. Amma kişinin onun məktublarına, mesajlarına cavab verməməsi bardağı daşıran son damla olub. Bu da onların boşanmasına gətirib çıxarıb. Ər isə məhkəmə prosesinə qatılmayıb. Eyni zamanda məhkəmə tərəfindən göndərilən çağırışa da cavab verməyib. Məhkəmə onun məhkəməyə gəlməməsinə baxmayaraq, boşanma qərarı çıxarı.

2016-cı ildə Birləşmiş Ərəb Əmirliklərində bir kişi öz arvadını ilk dəfə makiyajsız gördüyü üçün məhkəməyə müraciət edib.