Məşhur bloqer intihara cəhd etdi - VİDEO

Bloqer Ramal İsayev intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, o, intihar məqsədilə dərman içib və bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.

Mərkəzdən verilən məlumata görə, onun vəziyyəti stabildir: “Vətəndaş Ramal İsayev 2024.01.26 tarixində dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Ona dərhal yardım olunub. Vəziyyəti stabildir. Evə buraxılması nəzərdə tutulur”.