
Kənan İmirzalıoğlunun təqdimatı ilə Türkiyənin ATV ekranlarında yayımlanan “Kim Milyoner Olmaq İster” yarışma proqramında Sena Erol riyaziyyat sualında çətin anlar yaşadıqdan sonra uduzub.
Gununsesi.info xəbər verir ki, Erolun yanlış cavab verdiyi sualın səhv olduğu ortaya çıxıb.
Dünən axşam yayımlanan “Kim Milyoner Olmak İster”də Sena Erol adlı yarışmaçıya “Rəqəmləri bir-birindən fərqli olan ən kiçik üç rəqəmli tək ədəd hansıdır?” sualı verildi. Cavab tapmaqda çətinlik çəkən iştirakçı suala 102 cavab verməklə yarışdan kənarlaşdırılıb. Suala düzgün cavab 103 elan edilib.
Sadə görünən sual tez bir zamanda sosial mediada müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçi “müxtəlif rəqəmləri olan ən kiçik üç rəqəmli tək ədədin” “-987” olduğunu bildirərək sualın düzgün olmadığını bildirib.