Messi ən yaxşı oyunçu mükafatından məhrum oldu

  • By admin
  • 03 Noyabr 2023 08:04

“İnter Mayami”nin ulduz futbolçusu , Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasında (MLS) mövsümün ən yaxşı oyunçusu adı uğrunda mübarizədə məğlub olub.

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

“Atlanta”nın yunan hücumçusu Giorgos Yakumakis mövsümün ən yaxşı oyunçusu seçilib. Hücumçu MLS-də 27 matçda 17 qol vurub. Atlanta Şərq Konfransının turnir cədvəlində altıncı yeri tutdu və pley-offa vəsiqə qazandı.

“Sent-Luis”in alman hücumçusu Eduard Leuven də mükafata namizəd olub.

Oktyabrın 30-da argentinalı səkkizinci dəfə “Qızıl top”u qazanıb.

Messi 2022-ci ilin dekabrında Argentina yığması ilə dünya çempionu olub.

Gununsesi.info