Messi ən yaxşı futbolçu seçildi

  • By admin
  • 11 Dekabr 2022 15:14

Argentina millisinin kapitanı Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusudur.

Gununsesi.info xəbər verir ki, 35 yaşlı hücumçu dünyaca məşhur “Goal.com” saytının versiyasına əsasən, 1/4 final mərhələsinin oyunlarından sonra bu ada layiq görülüb. Hazırda onun aktivində 4 qol və 2 məhsuldar ötürmə var.

İkinci sırada Fransa yığmasından Kilian Mbappe yer alıb. İlk “3-lüy”ü “xoruzlar”ın digər forvardı Antuan Qrizmann tamamlayr.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə siyahıya düşməyib.

Gununsesi.info