Messi 37 yaşlı Maskeranonun rekordunu təkrarladı

  • By admin
  • 22 İyun 2021 19:27

Argentina millisinin hücumçusu Lionel Messi Xavier Maskeranonun milli komandada rekordunu təkrarlayıb.

Bu “OptaJoao” “Twitter” səhifəsi məlumat yayıb.

Belə ki, L.Messi Amerika kubokunun 3-cü turunda Paraqvaya qarşı oyunda Argentina millisinin heyətində 147-ci oyununa çıxıb.

Bununla da ulduz futbolçu millidə ən çox oyun keçirən 37 yaşlı X.Maskeranoya çatıb.

Qeyd edək ki, oyun Argentinanın Paraqvay üzərində minimal hesablı (1:0) qələbəsi ilə yekunlaşıb.

Bu qələbə ilə xalını 7-yə yüksəldən Argentina A qrupunda liderdir.

Gununsesi.info