“Messi 40 yaşına qədər oynaya bilər” – Fabreqas

  • By arzu
  • 14 Dekabr 2019 10:59

“Monako”nun futbolçusu Sesk Fabreqas “Barselona”nın kapitanı Lionel Messi haqqında fikirlərini bölüşüb.

Gununsesi.org  qol.az-a istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçunun hələ uzun müddət oynaya biləcəyini deyib: “Messi sərt futbolçudur. Özünü meydanda görsə, oynamağa davam edəcək. Bu səviyyə ilə 40 yaşına qədər çıxış edə bilər”.

Qeyd edək ki, L.Messi bu il karyerasında 6-cı dəfə “Qızıl top”a layiq görülüb.

Gununsesi.org