Messi 500-cü qolunu vurdu - Barselonada

  • By admin
  • 07 Noyabr 2016 08:55

Barcelona : FC Barcelona's Lionel Messi reacts after scoring during a Spanish La Liga soccer match between FC Barcelona and Espanyol at the Camp Nou stadium in Barcelona, Spain, Sunday, May 8, 2016. AP/PTI(AP5_8_2016_000173B)

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində  500-cü qolunu vurub.

Gununsesi.info məlumat verir ki, bu, İspaniya çempionatının 11-ci turu  çərçivəsində “Sevilya” ilə oyunda baş verib.

Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.

“Sevilya”nı səfərdə 2:1 hesabı ilə məğlub edən “Barselona” 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Gununsesi.info