“Barselona”nın sabiq futbolçusu Lionel Messi 8-ci “Qızıl top”unu klub muzeyinə bağışlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Messi son mükafatını “Barselona”nın oyunçusu kimi qazanmayıb. Ancaq o, mükafatı əvvəlki 7 kubokun saxlandığı muzeyə vermək qərarına gəlib.
Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. O, hazırda “İnter Mayami”nin oyunçusudur.
Gununsesi.info