“Messi elə futbolun özüdür” - PSJ-NİN BAŞ MƏŞQÇİSİ

  • By admin
  • 18 Fevral 2022 20:51

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Lionel Messini dünyanın ən yaxşı oyunçusu adlandırıb.

“Messi elə futbolun özüdür. Əgər kiməsə futbolun nə olduğunu izah etmək istəyirsinizsə, deyin ki, bu, Messidir”, – deyə o bildirib.

Baş məşqçi qeyd edib ki, “Real”la qarşılaşmada vura bilmədiyi penaltinin Messinin özünəinamına təsir edəcəyinə düşünmür.

“Messi əla oynadı, onun sayəsində komanda ümumi qələbə qazandı”, – deyə M.Poçettino bildirib.

 

Gununsesi.info