
“Barselona”nın argentinalı ulduzu Lionel Messi uşaqlıqdan bəri formasını geyinmək istədiyi klubun adını açıqlayıb.
Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, Messi “Barselona”dan sonra “Nyuels Old Boyz” klubunda oynamaq istədiyini bildirib.
30 yaşlı ulduz futbola başladığı kluba dönməyin xəyalını qurduğunu deyib:
“O klubda oynamaq xəyalımdır. Bunun nə vaxt həyata keçəcəyini bilmirəm”.
Qeyd edək ki, futbola “Nyuels Old Boyz”un futbol məktəbində başlayan Messi, 2000-ci ildə “Barselona”ya keçmişdi.
Gununsesi.info