Messi formasını geyinmək istədiyi klubun adını açıqladı

  • By admin
  • 08 Noyabr 2017 21:57

“Barselona”nın argentinalı ulduzu Lionel Messi uşaqlıqdan bəri formasını geyinmək istədiyi klubun adını açıqlayıb.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, Messi “Barselona”dan sonra “Nyuels Old Boyz” klubunda oynamaq istədiyini bildirib.

30 yaşlı ulduz futbola başladığı kluba dönməyin xəyalını qurduğunu deyib:

“O klubda oynamaq xəyalımdır. Bunun nə vaxt həyata keçəcəyini bilmirəm”.

Qeyd edək ki, futbola “Nyuels Old Boyz”un futbol məktəbində başlayan Messi, 2000-ci ildə “Barselona”ya keçmişdi.

Gununsesi.info