Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi millidə karyerasını başa vurub. Gununsesi.info xəbər verir ki, Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib.
Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb. Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub.
Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.
“Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır”, – deyə 29 yaşlı hücumçu bildirib.
Finalda məğlubiyyətdən pərişan olan futbolçu milli karyerasına son verdiyini qeyd edərək bundan sonra yalnız lideri olduğu “Barselona”nın uğurları üçün çalışacağını bildirib.
Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi.
Nyu-York yaxınlığında yerləşən “Metlife” stadionunda keçirilən final matçını 82 min azarkeş izləyib.
https://www.youtube.com/watch?v=Kp0dPrQ2xfA