Messi Maradonanı yad etdi, əvəzində sarı vərəqə aldı - VİDEO

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya çempionatının 11-ci turu çərçivəsində “Osasuna”ya qarşı qarşılaşma zamanı əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini yad edib.

Gununsesi.info xəbər verir ki, matçın 73-cü dəqiqəsində fərqlənən argentinalı qoldan sonra “Nyuells Old Boyz”un 10 nömrəli formasını göstərib.

HTML tutorial

Hər iki futbolçu fərqli vaxtlarda bu klubun şərəfini qoruyub.

Qeyd edək ki, Messi bu hərəkətinə görə sarı vərəqə görüb.

 

 

   

Gununsesi.info