Messi PSJ-də ilk forma nömrəsi ilə çıxış edəcək

  • By admin
  • 10 Avqust 2021 14:07

Lionel Messinin PSJ-yə potensial keçidi barədə təfərrüat bəlli olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Superulduzun Paris klubunda 30 nömrəli forma ilə çıxış edəcəyi qeyd olunur. Messi “Barca”da ilk oyununa məhz bu nömrə altında çıxıb.