Messi PSJ-də oynayacağı mövqe ilə bağlı suala cavab verdi

PSJ klubunun yeni transferi Lionel Messi meydanda oynayacağı mövqeyi ilə bağlı sualı cavablandırıb.

Gununsesi.info xəbər verir ki, ulduz futbolçunun fikirlərini “El País” nəşri dərc edib.

HTML tutorial

“PSJ ilə danışıqlar başlayanda Maurisio mənə zəng etdi. Ondan ideyasının nə olduğunu soruşdum, mənə çox məmnun olduğunu və məni Parisdə gözlədiyini söylədi. Meydanda nə etməli olduğumu mütləq danışacağıq. Amma həmin gün taktikadan danışmadıq. Meydandakı mövqeyim? Bilmirəm, heç bir fikrim yoxdur. Mən artıq burdayam. Bu, artıq Poçettinonun problemidir. Bir yol tapacaq. Əvvəl-axır hamımız uyğunlaşacağıq”, – deyə 34 yaşlı argentinalı vurğulayıb.

Qeyd edək ki, Lionel Messi PSJ ilə 2+1 prinsipi əsasında müqaviləyə imza atıb.