Messi PSJ ilə müqavilə şərtlərində razılaşdı

PSJ Lionel Messi ilə müqavilə bağlamağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu iddia ilə ESPN məlumat yayıb.

HTML tutorial

Qeyd edilib ki, Argentina millisinin üzvü bu axşam Parisə yollanacaq. Qarşıdakı günlər ərzində Messi tibbi baxışdan keçərək Fransa klubu ilə “2+1” prinsipilə müqavilə imzalayacaq.

Qeyd edək ki, idman jurnalisti Fabrisio Romano da bu məlumatları təsdiqləyir.

Onun sözlərinə görə, tərəflər arasındakı müqavilənin nüsxəsi artıq futbolçunun atası Xorxe Messiyə təqdim olunub.

Gununsesi.info