Messi qayıtdı

  • By Mina
  • 03 Aprel 2024 13:50

“İnter Mayami”nin hücumçusu Lionel Messinin zədəsini bərpa edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ulduz oyunçu bud nahiyəsindəki zədəsini sağaldaraq komanda ilə məşqlərə başlayıb.

Bir neçə oyundur ki, heyətdən kənar qalan oyunçunun növbəti matçlarda yaşıl meydanlarda olacağı gözlənilir.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm ABŞ təmsilçisinin heyətində 5 oyuna çıxıb , 5 qol vurub və 2 qolun ötürməsini verib.

Gununsesi.info