Messi və Ronaldo 2021-ci ilin simvolik yığmasına daxil edilməyib

  • By admin
  • 04 Yanvar 2022 20:26

“L’Équipe” jurnalı 2021-ci il üçün simvolik futbol komandasını təqdim edib.

“Qızıl top”un hazırkı sahibi, PSJ-nin hücumçusu Lionel Messi və “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldoya ilin komandasına daxil edilməyib.

HTML tutorial

Jurnalın versiyasına görə, 2021-ci ilin simvolik yığması aşağıdakı futbolçulardan təşkil olunub:

Qapıçı: Edvard Mendi (Çelsi).

Müdafiəçilər: Trent Alexander-Arnold (“Liverpul”), Ruben Diaş (“Mançester Siti”), Markinyos (“Paris Sen-Jermen”), Teo Ernandes (“Milan”).

Yarımmüdafiəçilər: N’Qolo Kante (“Çelsi”), Jorjinyo (“Çelsi”), Kevin De Bruyne (“Mançester Siti”), Məhəmməd Salah (“Liverpul”).

Hücumçular: Kərim Benzema (“Real Madrid”), Robert Levandovski (“Bayern”).

 

Gununsesi.info