“Messidən kapitan olmaz”

  • By admin
  • 01 Noyabr 2016 19:24

m

 

Uzun illər Argentina millisinin kapitanı olmuş Daniel Pasarella Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

Qol.az-ın məlumatına görə, o yerli mətbuata açıqlamasında Messinin Argentina millisinin kapitanı olmasını düzgün hesab etmədiyini deyib:

“Kapitanlığı Messidən almaq onun da işini asanlaşdırar. Onsuz da komandanın yaxşı lideri var – Ramiro Funes Mori. Kapiatan sözsüz o olmalıdır.

Messiyə heyranam, ancaq onda kapitanlıq xarakteri yoxdur. Utancaq və özünə qapanan adamdır”.

Qeyd edək ki, Messi 2011-ci ildən Argentina millisinin kapitanıdır.

Gununsesi.info