Messinin bu açıqlaması yenidən gündəm oldu -VİDEO

Argentina millisi ilə dünya çempionluğunu qazanan Lionel Messinin bir neçə il öncə verdiyi müsahibə gündəmə gəlib.

Gununsesi.info-nun məlumatına görə, onun “Barselona”da oynadığı zamanlar ölkəsinin radiosuna dünyanın ən yaxşı oyunçularının adını çəkdiyi açıqlaması müzakirələrə səbəb olub.

Messi həmin açıqlamasında ən yaxşı futbolçu olaraq Neymar, Mbappe, Azar, Aqueronun adını çəkir.

Aparıcının “bir nəfərin adını çəkmədini. O, 7 nömrədir” deməsinə Leo “Kriştianu, onu özümlə birlikdə siyahıdan çıxardım” deyə cavab verir.

Gununsesi.info