Messinin qol vurduğu bütün qapıçılara hədiyyə göndərildi -FOTOLAR

Pivə istehsal edən şirkətlərdən biri maraqlı addımı ilə gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, spirtli içki istehsalçısı Fransanın PSJ klubunun futbolçusu Lionel Messinin indiyədək vurduğu 644 qolu xüsusi şəkildə qeyd edib. Firma Leonun qol vurduğu 160 qolkiperə qapılarından buraxdıqları top sayı qədər pivə göndərib.

Çərçivə qoruyucularına hədiyyə olunan içkilərin üzərində Argentina millisinin kapitanının neçənci qolunu vurduğu da detallı şəkildə yazılıb.

Gununsesi.info