
Amerikanın keçmiş Prezidenti, məşhur milyarder Donald Trampın sosial media hesabları bərpa edilərək öncəki halına gətirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 6 yanvar 2021-ci ildə Amerikan Konqresində etiraz keçirən dəstəkçilərinə yazdığı şəhrhlər səbəbi ilə iki il müddətlə bu platformadan uzaqlaşdırılmışdı.
Meta şirkətinin qlobal əlaqələr başçısı Nikk Kleq bir bloq paylaşımında bunları yazıb: “Seçki qutularında siyasətçilərlə şüurlu seçkilər keçirmək üçün xalq nə olduğunu eşidə bilməlidir: Yaxşını, pisi və çirkini”.
Kleq Meta-nın təlimatlarını növbəti dəfə pozacağı durumda, Donal Trampın hesablarının iki ilədək məhdudlaşdırılacağını söyləyir.
Tərcümə: Arzu Sayadoğlu