Xarici müdaxilə fəaliyyətləri nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-lərini, o cümlədən “Rossiya Seqodnya” xəbər agentliyi və RT dövlət kanalı öz platformalarımızda qadağan edilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Meta” bəyanat yayıb.
“Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. “Rossiya Seqodnya”, RT və onların filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə tətbiqlərimiz qlobal şəkildə qadağan edilib”, – deyə bəyanatda bildirilir.
ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi açıqlamada Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən RT-ni noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və bu çərçivədə sanksiyalar elan edib.
ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 13-də Rusiyanın dövlət kanalı RT-yə bağlı 3 qurum və 2 şəxsə qarşı xarici ölkələrdə “sabitliyi pozan” fəaliyyət göstərdikləri və Moskva administrasiyasına əhəmiyyətli dəstək verdiyi səbəbilə sanksiya tətbiq edildiyini açıqlamışdı.
Qeyd edilir ki, ABŞ kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə ölkədə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib və Moskva seçkilərə müdaxilə iddialarını rədd edib.
Şəbnəm