Metadan Rusiyaya QADAĞA

  • By admin
  • 26 Fevral 2022 11:24

Facebook, Instagram və WhatsApp-ın ana şirkəti olan Meta Platforması Rusiya ilə bağlı elan yayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Meta platforması Rusiya dövlət mediasının dünyanın istənilən yerində öz platformalarında reklam yayımlamasını və ya pul qazanmasını qadağan edəcək.

Bu barədə “Facebook”un təhlükəsizlik siyasətinin rəhbəri Nathaniel Gleicher “Twitter” hesabında məlumat verib.

O əlavə edib ki, bu yeni tədbirlər artıq həyata keçirilib və davam edəcək.

Gununsesi.info