Metro avqustun 31-dək bağlı qalacaq – RƏSMİ

  • By admin
  • 03 Avqust 2020 18:26

“Avqustun 31-dək metronun bağlanması məsələsi qüvvədə saxlanılır. Burada texniki, epidemioloji və metronun ventilyasiya sistemi ilə əlaqədar rəylər var”.

Gununsesi.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bildirib ki, ekspertlərin də rəyi ondan ibarətdir ki, yeraltı, dar və mərkəzləşmiş ventilyasiya sistemi olan şəraitdə virusun təkrar hərəkət etməsi mümkündür və beləcə yoluxma arta bilər:

“Buna görə, metronun işə salınması məqsədəuyğun hesab olunmur”.

Gununsesi.info