Metro daha da genişləndiriləcək - İLHAM ƏLİYEV

  • By admin
  • 08 Noyabr 2017 12:54

Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin əməkdaşlarını metronun yaranmasının 50 illiyi münasibətilə təbrik edib. 

Gununsesi.info xəbər verir ki, dövlət başçısının təbrik məktubunu Metropolitenin 50 illik yubileyi münasibətilə bu gün Bakıda keçirilən tədbirdə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Əsədov oxuyub.

Prezident məktubunda metronun Bakı şəhərində böyük əhəmiyyət daşıdığını deyib. Ölkə başçısı bildirib ki, bu gün Bakı metrosu keyfiyyətcə yeni mərhələyə keçib, perspektivdə isə metronun daha da genişləndirilməsi planlaşdırılır.

Gununsesi.info