“Metro Gallery”də “Azərbaycan kinosu”

  • By admin
  • 14 İyul 2016 11:12

9-2

 

“Bakı Metropoliteni” QSC Mədəniyyət və Turizm Nazirliyi və  Dövlət Film Fondunun dəstəyi ilə  “Metro Gallery” layihəsi çərçivəsində  növbəti sərgini təqdim edir. “Azərbaycan kinosu”na həsr edilən sərginin sponsoru Lenovo şirkətidir.

Bu haqda Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, sərgi Azərbaycan  kinematoqrafiyasına həsr olunub. “Burada köhnə  filmlərdən  kadrlar və çəkiliş prosesindən  kadrarxası  fotolar  nümayiş olunacaq. Sərgi iyulun 15-dən etibarən “Gənclik” stansiyasının keçidlərində  tanış ola biləcəksiniz”- deyə, o, bildirib.

 

9-1

9-3

 

Gülnaz Qənbərli

Gununsesi.info