Metro ilə daşınan sərnişinlərin sayında da geriləmə var

  • By admin
  • 13 Avqust 2016 10:20

trend_metro_train_080615_003

Bu ilin yanvar-iyul ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 125,3 mln. nəfər olub.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır.

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 11,8%-i metronun payına düşür.

 Gununsesi.info