Metroda cibgirlik edən keçmiş məhkum tutuldu

Metroda cibgirlik edən keçmiş məhkum tutuldu

Lerik rayon sakini F.Məmmədzadə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edərək metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

COMMENTS