Metroda gənc qız özünü qatar relslərinin üstünə atıb

  • By admin
  • 14 İyul 2017 18:30

575964

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info