“Metroda gediş haqqını biz qaldırmırıq” - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 28 Noyabr 2016 12:22

metro

“ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib”.
Bu haqda Gununses.info-ya  Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev  bildirib.

O qeyd edib ki, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif (qiymət) Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. “Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib”-, deyə qurumun sözçüsü bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info