Metroda gedişhaqqı 30 qəpiyə qaldırılır? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 06 İyun 2017 15:04

baki-metropoliteni-lider

Son günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

Gununsesi.info-nun məlumatına görə, gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələnin gerçəkliyini öyrənmək üçün lent.az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb.

N.Paşayev  bildirib ki, bu məsələ hazırda müzakirə edilmir:

“Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.

Gununsesi.info