Metroda insanları hədələyən şəxsə cinayət açıldı

  • By admin
  • 05 İyul 2022 21:12

Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb”.

Gununsesi.info bildirir ki, bunu DİN-nin mətbuat xidməti metroda əlində balta olduğunu iddia edərək, cinsi azlıqları öldürəcəyi barədə video paylaşan şəxslə bağlı açıqlamasında bəyan edib.

HTML tutorial

Açıqlamada bildirilir ki, qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olması müəyyən edilmiş və saxlanılmışdır:

”İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib. Hazırda faktla bağlı cinayət işi başlanmış, istintaq tədbirləri həyata keçirilir”.

Gülnar Məmmədli

Gununsesi.info