Metroda işıq söndü – Qatar tuneldə qaldı

  • By admin
  • 30 İyul 2021 10:31

“Nizami-İnşaatçılar” sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində bütün xətlər üzrə qatarların hərəkətində yubanmalar yaranıb.

Bu barədə Gununsesi.info-ya məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov problemin aradan qaldırılması istiqamətində işlər aparıldığını deyib.

Qeyd edək ki, gərginliyin itməsi səbəbindən “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında qatar tuneldə qalıb.