Metroda Novruz şənliyi keçirildi - FOTOLAR

  • By admin
  • 19 Mart 2022 19:56

Bakı metropolitenində Novruz bayramı şənliklərinə “İçərişəhər”, “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında təşkil edilmiş bayram proqramı ilə start verilib.

Gununsesi.info xəbər verir ki, sərnişinlərə iki fərqli konsert proqramı təqdim edilib. Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət simli kvartetin və milli muğam üçlüyünün konsertləri canlı təqdim olunub. Konsert proqramı simli kvartetin ifası ilə saat 10:30-da “İçərişəhər” stansiyasında başlayıb. Hər stansiyada konsert proqramı 1 saat 30 dəqiqə davam edib.

Musiqiçilər Azərbaycan və dünya musiqi sənətinin incilərini, folklor nümunələrini səsləndiriblər. Muğam üçlüyünün proqramının əsasını Novruz bayramı ilə bağlı parçalar təşkil edir.

Konsert proqramı mart ayının 20-də də olacaq.

Gununsesi.info