Metroda oğurluq edən kişi və qadın saxlanıldı

  • By admin
  • 04 Mart 2024 16:20

Bakıda metro stansiyasında oğurluq edən şəxslər saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının içərisində pulu, bank kartı və sənəd olan çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən Tural Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info