Metroda qadına hücum edildi

Moskva metrosunda hicablı qadına hücum edib.

Gununsesi.info rus mediasına istinadən xəbər verir ki, hadisə “Kolomenskaya” stansiyasının girişində, yaşıl xəttdə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hücumçu bıçağı çıxararaq yaxınlıqda dayanan hicablı qadına hücum etmək istəyib. Daha sonra isə bunu telefonla lentə alan şahidlərə hücum edib.

Ölkə mətbuatının verdiyi məlumata əsasən qadın bunu özünümüdafiə etmək  üçün təcavüzkarın üzünə bibər qazı vurub.

Ölkə mediası yer alan xəbərlərə əsasən hadisənin qadının etdiyi  etdiyini iddia edir, “Rise” yazır ki, vaqonda olan digər qızlar özünümüdafiə vasitəsi tapıblar.

Polis jurnalistlərə bildirib ki, hücum şifahi münaqişə zəminində baş verib və idarə araşdırma aparır.

“Gələn metropoliten əməkdaşları müəyyən ediblər ki, elektrik qatarında vaqonda olan iki qadın arasında sözlü münaqişə baş verib, onlardan biri sərxoş vəziyyətdə digərini bıçaqla hədələməyə başlayıb. Buna cavab olaraq o, qaz qutusundan maye püskürdüb. Münaqişənin bütün iştirakçıları metronun “Kolomenskaya” stansiyasında saxlanılıb”, – deyə paytaxt qərargahından verilən cavabda bildirilir.

İlhamə

Gununsesi.info