Metroda qadına qarşı cinayət törədən şəxs tutuldu

  • By admin
  • 22 Noyabr 2021 11:21

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

Gununsesi.info xəbər verir ki, metroda qadın sərnişin, E.N-nin mobil telefonunu cibgirlik yolu ilə oğurlayan şəxs – 1975-ci il təvəllüdlü Sahil Həbibov müəyyən olunaraq tutulub.

Metro polisinin cinayət axtarış qrupu tərəfindən oğurlanan telefon maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin oluncaqdır.

Gununsesi.info