Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı görüntülər yayılıb.
İddia edilib ki, video “Bakı Metropoliteni” QSC-nin “Azadlıq prospekti” stansiyasında qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.
Gununsesi.info