Metroda qatarların hərəkəti bərpa olundu

“Metropolitenin bütün xətlərində qatarların hərəkəti cədvələ uyğun olaraq tam təmin olunub”.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

HTML tutorial

Qurum rəsmisi bildirib ki, metroya verilən gərginliyin düşməsi ümumilikdə yarım dəqiqə çəkib.

Generatorların işə düşməsinə gəlincə, qurum rəsmisi qeyd edib ki, gərginlik verilişindəki fasilə olduqca az olduğundan generatorların işə düşməsinə ehtiyac qalmayıb.

Gununsesi.info