Metroda sərnişinin vəziyyəti pisləşib

  • By admin
  • 26 May 2018 12:18
Bu gün səhər saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb.

Gununsesi.info Azvision-a istinadən verdiyi məlumatına görə, “Həzi Aslanov”- “Dərnəgül” istiqamətində hərəkətdə olan qatarda sərnişinlərdən birinin vəziyyəti pisləşib.

Kimliyi məlum olmayan orta yaşlı kişi huşunu itirib. Sərnişinlərin müdaxiləsindən sonra həmin şəxs özünə gəlib. Məlum olub ki, sərnişin təzyiq problemindən əziyyət çəkir.