“Sentyabrın 15-dən etibarən qatarlar arasında ən minimal intervallar tətbiq olunacaq. Təbii ki, bunun üçün qatarların sayı artırılacaq”.
Bunu “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
“Ötən ildən fərqli olaraq bu il daha çox sərnişin axınını gözləyirik. İşlərimizi buna uyğun qurmuşuq. “Bakı Metropoliteni”nin texniki imkanları bəlli həddə olduğundan müəyyən sıxlıqlar da gözlənilir. Bu zaman əlavə tənzimləmə mexanizmləri artıq stansiyanın platformasında, girişlərində tətbiq olunacaq”, – o qeyd edib.
Ətraflı Baku TV-nin süjetində: