Metroda soyğunçuluq edən şəxsə hökm oxunub

  • By admin
  • 08 İyun 2017 15:49

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Əliyev cinayət hadisəsini bu il yanvarın 25-də Bakı metrosunda törədib. İttihama əsasən, o, Bakı şəhər sakini Yaqut Dadaşovanın içərisində 33 manat, sənəd və mobil telefonu olan pul kisəsini soyğunçuluq yolu ilə alıb.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti, Yasamal Rayon Polis İdarəsi (RPİ) 26-cı Polis Bölməsi (PB) və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Astara rayon sakini B.Əliyev tutulub.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info