Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.
Bununla bağlı Bakı Metropoliteninin də iş sisteminin dəyişdiriləcəyi bildirilir. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.
Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov publika.az-a açıqlama verib.
O qeyd edib ki, bunun bağlaı quruma məktub daxil olub.
“Hazırda həmin məktuba baxış keçirilir. Qərar veriləndən sonra istimaiyyətə əlavə məlumat veriləcək”.
Gununsesi.info