“Metropark”da bədbəxt hadisə - 6 YAŞLI QIZIN BARMAĞI QOPDU

  • By admin
  • 26 Dekabr 2016 10:56

metropark

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info