Metropolitenin əməkdaşı öldü

  • By admin
  • 22 Fevral 2022 14:09

“Metropolitenin əməkdaşının iş başında zədə alaraq ölməsilə bağlı məlumat həqiqəti əks etdirmir”.

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O, “Bakı Metropoliteni” QSC-nin əməkdaşının vəfat etdiyini təsdiqləyib:

“Əməkdaşımız Elektrik təchizatı xidmətinin elektrik yarımstansiyaları distansiyasının elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev cümə günü həqiqətən işdə özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında olub. yetirib. Gecə halı pisləşib və təcili tibbi yardım çağırılıb. Xəstə insult diaqonozu ilə xəstəxanaya yerləşdirilib”.

B.Məmmədovun sözlərinə görə, əməkdaş dünən 20:00 radələrində xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info